BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNDƏ 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu faktlar iyulun 21-də Baş Dövlət Yol Polisi idarəsində keçirilən hesabat yığıncağında səslənmişdir.
Baş Dövlət Yol Polisi idarəsinin rəisi general-mayor Ramiz Zeynalov avtomobil yollarında qəzaların sayının azaldılması, sərxoş sürücülər barədə ciddi tədbirlər görülməsi, ətraf mühitin mühafizəsi, müşahidə və müayinə proseslərində müasir texnologiyaların tətbiqi, ümumiyyətlə, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri ilə bağlı ölkə rəhbərliyinin qarşıda qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində hər bir əməkdaşın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə catdırmışdır.
BDYPİ rəisinin müavini polkovnik İsmət Əliyevin məruzəsındə və digər cıxışlarda da hesabat dövründə qeydə alınan hadisələr təhlil olunmuş, problemlərin həlli yolları araşdırılmışdır.
Tədbirdə belə bir fikir vurğulanmışdır ki, sürücülərlə aparılan profilaktika işləri, yollarda hərəkətin müasir tələblər səviyyəsində tənzimlənməsi, yol polisi əməkdaşlarının mədəni səviyyəsinin, peşəkarlığının yüksəldilməsi qəzaların və yol hərəkəti qaydalarının pozulması hallarının azalması üçün mühüm şərtlərdir.