Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə müraciət: Övladlarınızı yollarda nəzarətsiz qoymayın
Bakı, 14 yanvar, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə deyilir:
Əziz valideynlər:
- övladlarınızı yollarda nəzarətsiz qoymayın;
- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;
- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir.