Baş nazir Əli Əsədov Albaniya Prezidenti Bayram Beqayla görüşüb
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında Albaniya Prezidentinin iştirakı yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.
Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar
- 27.09.2026 [09:11]
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
- 27.09.2026 [09:00]