Baş Nazir: Gürcüstanda iqtisadi artım tempi əhəmiyyətli dərəcədə azalacaq
Tbilisi, 9 aprel, AZƏRTAC
COVID-19 pandemiyasının Gürcüstan iqtisadiyyatına mənfi təsiri danılmazdı. Ölkəmizdə iqtisadi artım tempinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti bu gün iki cəbhədə mübarizə aparır. Bunlardan biri əhalinin sağlamlığının qorunması, digəri isə ölkənin iqtisadi inkişafıdır.
“İqtisadi artımın ciddi azalacağını gözləyirik və buna görə də büdcəyə dəyişikliklər ediləcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Dünya Bankı COVID-19 pandemiyası səbəbindən Gürcüstanda iqtisadi artımın kəskin azalacağını proqnozlaşdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]