Baş nazir: Ukraynanın illik 10-30 milyard dollar investisiyaya ehtiyacı var
Kiyev, 11 iyun, AZƏRTAC
Ukraynanın növbəti 10 il ərzində illik 10-30 milyard dollar investisiyaya ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Berlində Bərpa Konfransı çərçivəsində Çoxtərəfli Donor Koordinasiya Platformasının iclasında bildirib.
“Platformanın fəaliyyəti ilə bağlı vəzifələrin və prioritetlərin aydın şəkildə təsvir edilməsi vacibdir. İlk növbədə, bu, Ukraynanın maliyyə sabitliyidir. Bizim üçün tərəfdaşların dəstəyinin proqnozlaşdırıla bilən, ritmik və sabit olması vacibdir. Bərpa, xarici bazarlara çıxış və təkmilləşdirilmiş logistika üçün tərəfdaşlarımızın investisiyalarına ehtiyacımız var və yaxın 10 ildə Ukraynaya illik 10-30 milyard dollar sərmayə lazımdır”, - deyə Baş nazir qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]