Baş nazir: Xaricdən maliyyələşən təşkilatların Gürcüstanın inkişafına mane olmasına imkan verilməyəcək
Tbilisi, 24 noyabr, AZƏRTAC
Xarici mənbələrdən maliyyələşən bəzi təşkilatlar Gürcüstanda strateji iqtisadi layihələrə mane olmağa çalışırlar. Amma buna imkan verməyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Romada jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Baş nazir qeyd edib ki, bu təşkilatlar Gürcüstanın inkişafına əngəl törətmək məqsədilə koordinasiyalı fəaliyyət göstərirlər, lakin onların bu cəhdləri hər zaman uğursuz olub.
“Amma son 4 il ərzində ölkəmizdə iqtisadi artım 9,7 faizə çatıb və bu, onların təxribatlarının uğursuz olduğunu göstərir”, – deyə Kobaxidze vurğulayıb.
O həmçinin əlavə edib ki, Gürcüstan dövləti bu cür müdaxilələrə qarşı barışmaz olacaq və enerji, investisiya və digər sahələrdə ölkənin iqtisadi inkişafı üçün lazım olan bütün tədbirlər görüləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:54]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]