BAŞ NAZİRİN MÜAVİNİ ELÇİN ƏFƏNDİYEV VYANADA TƏHSİL ALAN AZƏRBAYCANLI GƏNCLƏRLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriyada işgüzar səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev ölkəmizin Avstriyadakı səfirliyinin binasında Vyana ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür.
Görüşü giriş sözü ilə açan səfir Fuad İsmayılov Baş nazirin müavininə Avstriyada təhsil alan azərbaycanlı tələbələr haqqında məlumat vermiş, onların birləşdiyi Azərbaycan Akademik Birliyinin səfirliyin keçirdiyi müxtəlif tədbirlərdə yaxından iştirakından bəhs etmişdir. 
Elçin Əfəndiyev demişdir ki, onun üçün azərbaycanlı tələbələrlə görüş Azərbaycanın gələcəyi ilə görüşdür. Çünki seçdikləri ixtisasdan asılı olmayaraq, gənclərimizin Avropada təhsil alması gələcəkdə Vətənimizə və onların hər birinin şəxsi həyatına töhfələr verəcəkdir.
Gənclərə göstərilən dövlət qayğısından və həyata keçirilən layihələrdən bəhs edən E.Əfəndiyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın gənclərimizə daha geniş perspektivlər açacağını xüsusi vurğulamışdır.
Tələbələr görüş üçün Baş nazirin müavininə təşəkkür etmiş və onları maraqlandıran mövzularda suallar vermişlər.
Baş nazirin müavini suallara ətraflı cavab vermiş, gənclərə təhsildə uğurlar və gələcəkdə Azərbaycana layiqli mütəxəssislər olmağı arzulamışdır.
Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]