BAŞ PROKURORLUQ SƏNƏD QƏBULUNUN MÜDDƏTİNİ 2006-CI İL OKTYABRIN 31-DƏK UZATMIŞDIR
Ötən müddətdə Azərbaycan Respublikasının 300 nəfərdən çox ali hüquq təhsilli vətəndaşı sənədlərini Baş Prokurorluğa təqdim etmişdir.
Prokurorluq orqanlarına işə qəbulun səmərəliliyinin təmin edilməsi, hüquqşünas ixtisası üzrə ali təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən, cari ilin oktyabr ayında Silahlı Qüvvələrdən tərxis olunan şəxslərin müsabiqədə iştirak etməsinə daha geniş şəraitin yaradılması və nəticədə ən layiqlilərin seçilməsi imkanlarının artırılması məqsədi ilə sənədlərin qəbulu üçün müəyyən edilmiş əvvəlki müddət 2006-cı il oktyabrın 31-dək uzadılmışdır.
Sənədlər Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7 - Baş Prokurorluğun inzibati binasının qəbul otağında hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul edilir. Prokurorluğa işə qəbulla bağlı əlavə məlumatı 492-62-23, 492-74-32 və 492-39-95 nömrəli telefonlarla almaq olar.