Basketbol komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıb
Bakı, 27 iyun, AZƏRTAC
İsrailin Təl-Əviv şəhərində iyulun 25-26-da 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın kişilərdən ibarət yığma komandası (Anar Haciyev, Cəbrayil Əkbərov, Endər Poladxanlı, Polad Həsənov) iştirak edib.
Yarışın ilk günündə komandamız Belçikaya məğlub olsa (8-19) da, növbəti rəqibi Andorra yığmasına böyük hesabla qalib gəlib (22-5). Dörddəbir finala adlamaq üçün qrup mərhələsinin 3-cü oyununda komandamız Almaniya yığması ilə mübarizə aparmalı olub. Hava şəraitinin korlanması səbəbindən qarşılaşma əvvəl təxirə salınıb, daha sonra qapalı məkanda keçirilməsi qərara alınıb. Oyun bərabər səviyyədə başlasa da, sona yaxın Almaniya komandası millimizə qalib gəlib (21-14).
Qrupda 3-cü pillədə qərarlaşan komandamız bununla da, yarışda iştirakını dayandırıb.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 10-12-də Parisdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]