Azərbaycan Dövlət İnformasiya Agentliyi

Başlıbel faciəsinin şahidi: Dörd aya yaxın məhrumiyyətlə dolu mühasirə həyatı yaşadıq

Bakı, 18 aprel, AZƏRTAC

1993-cü il martın son günlərindən başlayaraq kənd artıq boşalmağa başlamışdı. Lakin sakinlərin çoxu ermənilərin Kəlbəcərə daxil ola biləcəyinə inanmırdılar. Aprelin 1-də Kəlbəcərin hər tərəfindən erməni quldur birləşmələrinin mühasirəsinə düşdüyü, rayonu tərk etmək üçün tuneldən keçən yeganə yolun nəzarətə götürüldüyü barədə xəbərlər yayıldı. Bizim kəndlə rayon mərkəzi arasında 64 kilometr məsafə var idi. Artıq vaxt itirmək olmazdı. Nəinki ən zəruri əşyaları, heç pal-paltar götürməyə də imkan yox idi. Kənddə qalan sakinlərin bir hissəsi maşınlarla tunelə tərəf yola düşdülər, lakin üstündən bir saat keçməmiş maşınlar geri qayıtdılar. Əvvəl elə hesab elədik ki, rayonun işğal olunması xəbəri yalandır, amma geri qayıdanlar dedilər ki, artıq ermənilər tuneli tutub, keçmək mümkün deyil...

Başlıbel faciəsinin şahidlərindən biri Habil Ələsgərov bu barədə AZƏRTAC-a verdiyi müsahibədə 30 il əvvəl 113 günlük mühasirə həyatını xatırladıb.

Habilin o vaxt 16 yaşı olub. Həmin günlərdə atası ilə meşədən odun qırmağa gedən yeniyetmə gənc üçün indi o günləri yada salmaq da çətindir: “Kəlbəcər rayonuna elektrik xətti Ağdərədən çəkilmişdi. Ermənilər həmin xətti çoxdan sıradan çıxarmışdılar. Ona görə də kənddə işıq yox idi, telefon olsa da, işləmirdi. Vəziyyətin nə yerdə olduğundan heç kimin məlumatı yox idi. Camaatın çoxu Başlıbel binəsi deyilən yerdə maşınlarını qoyub, mürəkkəb relyefli dağ yolları ilə piyada getməyə üz qoymuşdu. Babam yaşlı, bacı-qardaşlarım körpə olduğuna görə kəndi tərk edə bilməmişdik. Kənddə bizimlə birlikdə üç ailə - Ələsgərovlar, Əmiralıyevlər və Əhmədovlar ailəsi, eyni zamanda, iki gənc, xeyli də qoca qalmışdı. Elə həmin gün axşam Laçın rayonundan kəndə 9 əsgər, 4 nəfərdən ibarət Əsgərovlar ailəsi də gəldi. Həmin ağır günlərdə Laçının Dambulaq kəndindən gələn Əhliman Əsgərovun 2 qızı və bir oğlu da bizə qoşuldu. Onlar Bəylik kəndində ermənilərlə üzləşərək Başlıbelə pənah gətirmişdilər. Kəndin üst tərəfində Dəlidağdakı kahalara çəkilməkdən başqa yolumuz qalmamışdı...

Aprelin 4-də ermənilər maşınlarla kəşfiyyat məqsədilə kəndə gəldilər, havaya beş-altı güllə atıb geri qayıtdılar. Artıq həmin vaxt kənddə qalan cavanların, Laçından gələn əsgərlərin köməyi ilə atamgil yaşlıları və uşaqları kəndin yuxarısındakı kahaya aparmışdılar. Bundan bir gün sonra biz Qalaça deyilən yerdən ermənilərin UAZ, Niva və 2 Ural maşını ilə kəndə gədiyini müşahidə edirdik. Onlar kənddəki evlərdən ikisinə od vuraraq yandırdılar. Düşmən hərbçiləri həmin gün kənddə qalan Qənaət Ağamirovu xüsusi amansızlıqla qətlə yetirmişdilər. Ömrünün ixtiyar çağlarını yaşayan çarpayıda xəstə yatan Pəri adında bir qadını da avtomatla vurub öldürmüşdülər. Onların heç birinin meyitini çıxara bilmədik.

Bundan bir neçə gün sonra ermənilər kəndə gəlmədilər. Arada gəlib evlərdə qalan xalça-palazı, qiymətli əşyaları, kövşənlərə səpələnmiş mal-heyvanı özləri ilə aparır, evlərə isə od vurub yandırırdılar. Sığındığımız kahalardan onların bütün vəhşiliklərini izləyirdik. Aprelin 18-də erməni hərbçiləri ilə dolu 2 “Ural” maşını və tank camaatın sığındığı kahalara yaxınlaşdılar. Həmin vaxt anam əsgərlərin kahasında çörək bişirirdi, biz də qardaş-bacılarımla sacın qırağında oturmuşduq. Bizim olduğumuz yerə doğru bir ağ “Niva” maşını gəldi. İki erməni maşından düşüb güllə ata-ata bizə doğru irəliləməyə başladı. Yanımızdakı Laçından gələn əsgər düşmənin birini zərərsizləşdirdi, digəri isə qaçdı. Bir az keçəndən sonra ermənilər bizim olduğumuz kahaları güllə atəşinə tutdular. Kahalar sərt daşlarla əhatə olunduğundan güllələrin çoxu daşın içində qalırdı. Onlar haradasa 40-45 dəqiqə fasiləsiz olaraq kahaları gülləbarana tutdular.

Bir qədər keçəndən sonra 4 erməni hərbçisi əllərində pulemyot dinc sakinlərin sığındığı kahalara yaxınlaşdı. Onlar fasiləsiz atəşdən sonra kahada heç kimin sağ qalmadığını güman edirdilər. Kahaya doğru o qədər atəş açırdılar ki, sanki yer-göy silkələnirdi. Erməni əsgərləri kahanın qarşısına çatanda Zərdabın Qaravəlilər kəndindən olan əsgər Vüqar Abdullayev onları hədəfə alaraq qətlə yetirdi. Düşmən hərbçiləri kahanın içərisinə qumbara atdılar. Vüqar bizi qorumaq üçün özünü qumbaranın üzərinə ataraq qəhrəmancasına şəhid oldu. Ermənilərin bizə yaxınlaşdığını görüb Vüqarın avtomatını götürüb bacıma, anama, qardaşıma tuşladam, lakin tətiyi çəkə bilmədim”.

Həmin günlərin acı xatirələrinin yaddaşında dərin iz buraxdığını söyləyən Habil Ələsgərov daha sonra sözlərinə əlavə edərək deyib: “Kahadakıları girov aparmaq üçün kəndin aşağısındakı dərənin yanına yığırdılar. Qarışıqlıqdan istifadə edib körpə qardaş-bacımla oradakı bir daşın arxasında daldalandım. Yuxarı çıxıb anamı da gətirmək istəyəndə onu qolundan güllələdilər, yıxılaraq girovların yanına yumalandı. Əvvəl anamın öldüyünü düşündüm, amma qardaşımla, bacımı götürüb qaçmaq istəyəndə gördüm ki, anam ayağa qalxdı. Tez gedib anamı da gətirdim. Orada 6 yaşlı Elmidarı ağacla necə vurdularsa, o, yerə yıxıldı. Düzdü, bizə o vaxt təsadüf nəticəsində güllə dəymədi, cismən sağ qalsaq da, ruhən sarsıldıq.

Getdikcə hava qaralırdı. Qonşumuz Xasay əminin həyat yoldaşı Nərgiz xala da yanımızda idi, güllə yarası almış 4 yaşlı Şəhriyar qucağında, Elmidar isə yanında idi. Onu da birtəhər qaçmağa razı saldım və fürsət tapıb qaçdıq. Güc-bəla ilə gəlib Qara kahaya çıxdıq. Anam çoxlu qan itirmişdi, artıq onun taqəti kəsilmişdi. Düşmən bizi çox axtarsa da, həmin gecə başlayan çovğun həyatımızı qorudu. Həmin çovğun kahada mühasirədə qalanların da həyatını xilas etdi. Erməni hərbçilər sazaqda tab gətirə bilməyərək çıxıb getdilər.

Sonrakı günlərdə pərən-pərən düşmüş sakinlərlə yenidən birləşib Qaraçanlı kəndində bir evə yığışdıq. Həmin kənddə Zar kəndindən təxminən 40 nəfərə yaxın sakin var idi. Aprelin 23-dək orada qaldıq. Həmin gün günortaya yaxın həyətə çıxanda gördüm ki, erməni səsi gəlir. Bizim olduğumuz yerə yeddi erməni gəldi. Düşmən əsgərləri bizim çox olduğumuzu görəndə geri çəkildilər. Biz də getmək istədik, lakin anamın qolları şişmişdi, tərpənəcək halda deyildi. Anamı orada belə ağır vəziyyətdə qoyub gedə bilməzdim. Bir az keçəndən sonra Müzahim adlı əsgər avtomatını mənə verdi, anamı çiyninə alıb “Sadığın budkası” deyilən yerə çatdıq. Heç bir yer təhlükəsiz olmadığından yenidən Başlıbelə qayıtdıq.

Atamı, babamı, bacım Tacirəni və əsgərləri “Nəbi kahası”nda tapdıq. Ora təhlükəli olsa da, gecələr kəndə gedib ərzaq gətirirdik. Ermənilər bir neçə dəfə bundan duyuq düşərək güllə atəşinə tutmuşdular. Xoş təsadüflər nəticəsində həmin hadisələrdən qurtula bildik”.

Uzun məhrumiyyətlərdən sonra iyulun ortalarında Başlıbeli tərk edib ermənilərin mühasirəsindən qurtulmaq qərarına gəldik. Cəmi 30 nəfər salamat qalmışdı, təəssüf ki, çox təkid etsək də, 93 yaşlı babam Ələsgər Kazımov kəndi tərk etmədi. Babamın qərarı bizi dərindən sarsıtsa da, nə qədər dil töksək də, onu fikrindən döndərə bilmədik. 1993-cü il iyulun 17-də Başlıbeli tərk etdik. Dörd gün piyada yol getdikdən sonra gəlib Daşkəsən rayonunun Zivlən kəndinə çataraq mühasirə həyatından qurtulduq. Çox çətin günlər idi, dörd aya yaxın məhrumiyyətlə dolu mühasirə həyatı yaşadıq...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO