Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş konfrans keçiriləcək
Tbilisi, 1 mart, AZƏRTAC
Yaxın vaxtlarda Acarıstan Muxtar Respublikasının Batumi şəhərində Avropa ittifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransda “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin - Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan nümayəndələri iştirak edəcəklər. Tədbirin məqsədi adları çəkilən ölkələrlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsidir.
Konfrans çərçivəsində Gürcüstan Avropa İttifaqına fəaliyyət planı təqdim edəcək.
Qeyd edək ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı 2009-cu ilin may ayından həyata keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]