“Bauer” ekologiya sahəsində müasir avadanlıqların istehsalçısıdır
Bakı, 3 noyabr (AZƏRTAC). Almaniyanın tanınmış “Bauer” şirkətinin məhsulları Bakı Ekspo Mərkəzində davam edən beynəlxalq ətraf mühit sərgisində maraqla qarşılanır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində nümayəndəliyini açan “Bauer” Azərbaycan şirkətləri ilə də əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.
Şirkətin biznes əlaqələri üzrə meneceri Karl-Yoaxim Höltinq AZƏRTAC-a müsahibəsində təmsil etdiyi qurumun çoxşaxəli fəaliyyətindən söz açmışdır. Bildirmişdir ki, dünyanın ən müasir maşın və avadanlıqlarının istehsalçılarından biri olan “Bauer”in əsas istiqamətlərindən biri xüsusi yeraltı tikinti işlərinin, eləcə də, ətraf mühitin qorunması sahəsində tədbirlərin həyata keçirilməsidir.
Hazırda şirkətin mütəxəssisləri Almaniya, İtaliya, İspaniya və Omanda ekologiya sahəsində, o cümlədən içməli və qrunt sularının və torpağın təmizlənməsi üzrə layihələr icra edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]