Baydenin ən yaxın köməkçiləri məxfi sənədlərlə bağlı dindirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin ən yaxın köməkçiləri 2008-2016-cı illərdə vitse-prezident olduğu dövrə aid gizli sənədlərin analitik mərkəzdə və evində saxlanması ilə bağlı təhqiqat çərçivəsində sorğu-sual edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, xüsusi prokuror Robert Her tərəfindən dindirilənlər arasında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Baydenin baş köməkçisi Stiv Riçetti də var. Həmçinin ABŞ Dövlət katibi Antoni Blinken, Ağ Evin keçmiş aparat rəhbəri Ron Klayn və ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, əvvəllər Pensilvaniya Universitetində Bayden beyin mərkəzinə rəhbərlik etmiş Maykl Karpenter də dindirilib.
Bundan əvvəl Amerika Prezidenti əmin olduğunu bildirib ki, onun siyasi rəqibləri ailə üzvlərinə qarşı aparılan istintaqda uzağa gedə bilməyəcəklər. “Onların edə biləcəyi yeganə iş mənim ailəm haqqında fərqli şeylər uydurmaqdır. Bu çox uzağa getməyəcək”, - deyə dövlət başçısı qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]