BCAW2026-da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilir
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində günün sonuncu panel sessiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları Sistemi regional inteqrasiya üçün” mövzusunda keçirilən sessiyada regionda yaşıl enerji dəhlizlər üzrə sertifikatlaşdırma və izlənilmə tələbləri, Avropa İttifaqının Mənşə Zəmanəti Sistemi ilə regional və könüllü Bərpaolunan Enerji Sertifikatları bazarlarının qarşılıqlı inteqrasiyası və tanınması məsələləri müzakirə olunacaq.
Müzakirələrdə, həmçinin etibarlı milli və regional reyestr sistemlərinin formalaşdırılması üçün zəruri olan institusional, tənzimləyici və rəqəmsal infrastrukturun yaradılması diqqət mərkəzində olacaq.