BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi - 4SİM, Dünya Azərbaycanlıları Gənclər Təşkilatı və Süni İntellekt Azərbaycan Platformasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Qeyd olunub ki, BDU-da təşkil ediləcək forumda süni intellektin etik tərəfləri ilə bağlı müzakirələr aparılacaq, tanınmış ekspertlər çıxış edəcək və interaktiv panel sessiyalar keçiriləcək.
Forumda iştirak üçün avqustun 30-dək müraciət etmək olar.
Qeyd edək ki, forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]