BDU-da “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də əhalinin tullantıların düzgün idarəolunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq edilməsi, gənclərin ekoloji fəaliyyətlərdə fəal iştirakının təşviq olunması məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BDU-nun, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka,10 litr tutumu olan şüşə butulka və ya banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edə bilərlər.
Festival çərçivəsində iştirakçılar tullantıları təhvil verərək həm ekoloji mədəniyyətin təşviqinə töhfə verəcək, həm də interaktiv fəaliyyətlərdə iştirak edə biləcəklər.
Festival universitetin əsas girişində saat 12:00-dan 14:00-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]