BDU: İqtisadiyyat və Humanitar Kollecdə keçirilən imtahanlarda 622 tələbə iştirak edib
Bakı, 5 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecində imtahan sessiyası yekunlaşıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, kollecdə 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında 8 ixtisas üzrə 61 fəndən 215 imtahan keçirilib. Mühasibat uçotu ixtisası üzrə 34, maliyyə işi ixtisası üzrə 27, bank işi ixtisası üzrə 34, ailə və ev təhsili ixtisası üzrə 45, məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 39, kitabxana informasiya təminatı ixtisası üzrə 10, arxiv işi və kargüzarlıq ixtisası üzrə 10, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə ixtisası üzrə 16 fəndən imtahan aparılıb. İmtahanlarda iştirak hüququ qazanan 674 tələbədən 622-si iştirak edib. İştirak edən tələbələrdən 605-i (97 faiz) müvəffəq qiymətlər alıb.
Üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə təkrar imtahan şansı veriləcək. Müraciət edəcək tələbələr üçün yay məktəbinin təşkili nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]