BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yay semestri 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.
İyulun 26-dan başlanan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub.
Ümumilikdə yay semestri dərslərində 150-dən artıq fənn üzrə 950 bakalavriat və 16 magistratura tələbəsi iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]