BDU-nun Biologiya fakültəsinin tələbələri Botanika İnstitutunda istehsalat təcrübəsində
Bakı, 9 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, istehsalat təcrübəsi Biologiya fakültəsi ilə Botanika İnstitutu arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub. BDU tələbələri institutun şöbə və laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat işləri ilə yaxından tanış olur, nəzəri və praktiki biliklərə yiyələnirlər.