BDU-nun professoru beynəlxalq simpoziumda məruzə edib
Bakı, 3 aprel, AZƏRTAC
Türkiyənin Egey Universitetinin Türk Dünyasının Tədqiqat İnstitutu Cənubi Qafqazda baş verən sosial-iqtisadi və siyasi dəyişiklikləri müzakirə etmək üçün I beynəlxalq simpozium təşkil edib. Bakı Dövlət Universitetinin (BDU) İqtisadi
və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov simpoziumda bölmə moderatoru və məruzəçi qismində iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, simpoziumda professor Ç.İsmayılov “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın bərpası” mövzusunda məruzə edib. O, “Böyük Qayıdış” proqramı əsasında regionun ölkə iqtisadiyyatına
reinteqrasiya istiqamətləri barədə məlumat verib, bununla bağlı dövlət tərəfindən ardıcıl aparılan quruculuq işlərindən danışıb.
Simpoziumda təmsil olunan Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan alimləri Cənubi Qafqazda yaranmış yeni geosiyasi mənzərədə sosial-iqtisadi inkişaf yollarını təhlil edərək, regionda əməkdaşlığın genişləndirilməsi imkanları haqqında müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO
- 12.06.2026 [18:20]