BDU-nun “SABAH” qruplarının tələbələri muzeydə təcrübə keçiblər
Bakı, 25 fevral, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Bakı Dövlət Universitetinin “SABAH” qruplarının tarix müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təcrübəsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, təcrübə zamanı tələbələrə bu müəssisənin elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçiləri Sahibə Ələkbərova, Ləman Musayeva və Qənirə Qafarlı müxtəlif mövzularda mühazirələr söyləyiblər. Tələbələrə MATM və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin fəaliyyəti, təhsil müəssisələri ilə əməkdaşlıq haqqında ətraflı məlumat verilib.
Sonra tələbələrin sualları cavablandırılıb.