BDU və Türkiyənin Haliç Universiteti arasında əməkdaşlıq genişləndirilir
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Türkiyənin Haliç Universitetində olub, ali təhsil müəssisəsinin “Erasmus” ofisinin koordinatoru Serhat Orakçı ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki universitet arasında bu ilin sentyabrında anlaşma memorandumunun imzalanması xatırladılıb, təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb.
Görüş zamanı BDU və Haliç Universiteti arasında “Erasmus+ KA171” mübadilə protokolunun imzalanması ilə bağlı razılığa gəlinib.
Əsası 1998-ci ildə qoyulmuş Haliç Universitetində hazırda 2 fakültə, 1 məktəb, 1 texnopark və 65 laboratoriya fəaliyyət göstərir və 17 min tələbə təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]