Bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi davam edir
Şəki, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin ikinci günündə 2012-2014-cü il təvəllüdlü yeniyetmələr və 2010-2011-cu il təvəllüdlü gənclər fərdi və qrup hərəkətləri proqramında müxtəlif alətlərlə çıxış edirlər. Ümumilikdə 75 gimnast birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, sentyabrın 20-də startı verilən yarışda ölkəmizin müxtəlif bölgələrindəki 13 klubdan – “Ocaq Sport” klubu, Gəncə, Şağan, Sumqayıt, Abşeron Olimpiya İdman kompleksləri, Su İdmanı Sarayı, Mingəçevir Kür Olimpiya İdman-Tədris Mərkəzi, Bədii Gimnastika Mərkəzi, Respublika Kompleks İdman Məktəbi, Zirə Mədəniyyət Mərkəzi, Eko Park, “Ocaq Sport” Klubunun Zaqatala bölməsi və Şəmkir Gənclər Evindən ümumilikdə 130 gimnast mübarizə aparır.
Ölkə birinciliyinə bu gün axşam yekun vurulacaq.