BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 6-da bədii gimnasika üzrə gənc (yunior) və nisbətən yaşlı (senior) idmançılar arasında Azərbaycan çempionatı başlanmışdır. Gənclərin mübarizəsində 28, yaşlı idmançılar arasında isə 7 gimnast çıxış edir.
Yarışın ilk günü ip və halqa ilə çıxışlardan sonra Nigar Əbdülsəlimova, Kamilə Məmmədova və Nərgiz Əliyeva yuniorların yarışında liderlik edirlər.
Seniorlar arasında isə iki hərəkətin cəmində Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva ilk üçlükdə yer alırlar. Aprelin 7-də gürz, top və lentlə hərəkətlərdən sonra çoxnövçülük üzrə qaliblər məlum olacaqdır. İlk dördlükdə yer almış ən güclü idmançılar aprelin 8-də ayrı-ayrı proqramlar üzrə qızıl medallar uğrunda yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]