Bədii gimnastika üzrə çoxnövçülük yarışları Rusiya idmançılarının qələbəsi ilə yekunlaşıb [YENİLƏNİB] VİDEO
Birinci Avropa Oyunları çərçivəsində bədii gimnastika üzrə çoxnövçülük yarışları başa çatıb. Bu yarışlarda qızıl medala Rusiya (35.300) komandası sahib olub. İsrail (35.050) komandası gümüş, Belarus (34.850) komandası bürünc medala layiq görülüb.
Qaliblərə medalları Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin prezidenti Marian Kvesiç təqdim edib.
14:11
Gürz və halqalarla çıxış edən Azərbaycan gimnastları 15.450 xal toplayıblar.
Bu növ üzrə yarışlarda yerlər hələlik bu ardıcıllıqla bölüşdürülür: Belarus (17.900), İsrail (17.700), Bolqarıstan (17.500), Ukrayna (17.100), İtaliya (17.000), İspaniya (16.900), Finlandiya (16.350), Azərbaycan (15.450).
12:51
Bədii gimnastika üzrə qrup yarışları üç cüt gürz və iki halqa ilə davam edir. Xalçaya ilk olaraq Ukrayna gimnastları çıxdılar.
Bu növ üzrə çıxışları Bolqarıstan, Finlandiya, Belarus, İspaniya, İtaliya, İsrail, Azərbaycan, Almaniya, Yunanıstan, İsveçrə, Rusiya Federasiyası və Fransa idmançıları davam etdirəcəklər.
12:36
Gimnastların lentlə hərəkətlər üzrə qrup yarışlarına liderlik Rusiya komandasına keçib (18.000). İkinci və üçüncü yerləri müvafiq olaraq İspaniya (17.350) və İsrail (17.350) bölüşdürür.
Sonrakı yerləri Ukrayna (17.050), İtaliya (17.000), Almaniya (16.950), Belarus (16.950), Bolqarıstan (16.650), Azərbaycan (16.650), Fransa (16.300), İsveçrə (15.500), Yunanıstan (15.150) Finlandiya (14.900) gimnastları tuturlar.
11:58
İlk Avropa Oyunlarında bədii gimnastikanın lentlə hərəkətlər üzrə qrup yarışlarında Azərbaycan gimnastları 16.650 xal toplayıblar.
Qrupa Səbinə Abbasova, Siyana Vasliyeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva daxildirlər.
Bu növ üzrə yarışlara hələlik İspaniya komandası liderlik edir (17.350). Sonrakı yerləri İsrail (17.350), Ukrayna (17.050), İtaliya (17.000), Belarus (16.950), Bolqarıstan (16.650), Finlandiya (14.900) tuturlar.
11:38
Bədii gimnastika üzrə qrup yarışları davam edir.
Yarışlar üç hərəkət növü (lent, halqalar, gürzlər) üzrə keçiriləcək.
Lentlə çıxış edən qrupların İspaniya təmsilçiləri 17.350, Ukrayna idmançıları 17.050, Belarus gimnastları 16.950, bolqarıstanlılar 16.650, finlandiyalılar isə 14.900 xallıq nəticə göstəriblər.
10:36
İyunun 17-də Milli Gimnastika Arenasında “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində bədii gimnastika üzrə qrup yarışları keçirilir.
İlk olaraq Ukrayna gimnastları lent ilə xalçaya çıxıblar.
Qrup lent təsnifatında Bolqarıstan, Finlandiya, Belarus, İspaniya, İtaliya, İsrail, Azərbaycan, Almaniya, Yunanıstan, İsveçrə, Rusiya Federasiyası, Fransa qrupları çıxış edəcəklər.