İDMAN
BƏDİİ GİMNASTİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONATINDA İLK YARIŞLAR KEÇİRİLMİŞDİR
“ABU Arena” idman kompleksində bədii gimnastika üzrə ölkə çempionatının gənclər və yeniyetmələr arasında təmrinlərin iki növündə yarışları keçirilmişdir.
Respublika Gimnasika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeniyetmələr arasında ip və halqa ilə təmrinlərdə Zeynəb Cavadlı liderdir. İkinci yerə Zülfiyyə Əliyeva (42,925 bal), üçüncü yerə isə Ceyla Quliyeva (42,65 bal) çıxmışlar. 1990-cı il təvəllüdlü və daha yuxarı yaşlı gimnastlar arasında ip və topla təmrinlərdə birinci yerə 33,125 balla Dinara Gimatova layiq görülmüşdür. Aliyə Qarayeva 32,75 balla ikinci, Anna Qurbanova isə 32,575 balla üçüncü nəticəni göstərmişlər.
Aprelin 18-də gürz və lentlə təmrinlər üzrə yarışlar keçiriləcək, çoxnövçülüyün qalibləri müəyyən ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]