Bədii mətndə gender diskursu - seminar
Bakı, 18 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçən tələbələrlə növbəti elmi seminar məşğələsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə filologiya elmləri doktoru, professor Vüsalə Ağabəyli “Bədii mətndə gender diskursu: identiklik, sosial rollar və ədəbi reprezentasiya” mövzusunda məruzə edib.
Seminar zamanı klassik və müasir ədəbiyyat nümunələri əsasında qadın və kişi obrazlarının bədii mətndəki inkişaf təkamülü, gender stereotiplərinin qırılması və fərdi identikliyin formalaşması məsələləri geniş təhlil olunub.
Elmi seminarın əsas məqsədi ədəbi yaradıcılıqda gender paradiqmalarının linqvokulturoloji və sosiopsixoloji tərəflərini araşdırmaq, müəllif baxış bucağının cinslərarası münasibətlərin təsvirinə təsirini üzə çıxarmaqdan ibarət olub.
Təhlil prosesində dünya və Azərbaycan ədəbiyyatından seçilmiş əsərlərdə qadın azadlığı, cəmiyyətdəki sosial status, patriarxal strukturlara qarşı fərdi müqavimət və “başqalaşma” kimi fundamental mövzular müzakirə olunub. Xüsusilə, bədii mətndə dilin genderə həssaslığı və obrazların daxili monoloqları vasitəsilə təqdim olunan gender bərabərliyi ideyaları elmi müstəvidə qiymətləndirilib.
Seminarın yekununda ədəbi mətnlərdəki gender diskursunun müasir dövrdə aktuallıq kəsb edən məsələlərlə əlaqəsi və bu istiqamətdə aparılan tədqiqatların əhəmiyyəti elmi şəkildə əsaslandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [17:25]
BDU-da tədris prosesi distant formada davam etdirilir
- 18.05.2026 [17:23]
DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” üzərindən təqdim ediləcək
- 18.05.2026 [16:59]
Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb
- 18.05.2026 [16:36]
ADU-da elmi seminar: Çin memarlıq ənənələri öyrənilir
- 18.05.2026 [16:30]
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub
- 18.05.2026 [16:27]