BƏƏ astronavtı Qədr gecəsində kosmosdan Məkkənin foto və videosunu paylaşıb
Bakı, 18 aprel, AZƏRTAC
Hazırda Beynəlxalq Kosmik Stansiyada olan Birləşmiş Ərəb Əmirliklərinin astronavtı Sultan əl-Neyadi Səudiyyə Ərəbistanının Məkkə şəhərinin foto və videosunu paylaşıb.
AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, astronavt özünün tviter səhifəsində Qədr gecəsində müqəddəs məscidlərin olduğu ərazini paylaşmaq istədiyini, bundan sevinc və qürur hissi keçirdiyini yazıb.
Bu ilin martından Beynəlxalq Kosmik Stansiyada altı aylıq missiyada olan əl-Neyadi bundan əvvəl sıfır qravitasiya məşqləri ilə bağlı video da göndərib. O, həmçinin ötən ayın sonunda Ərəbistan yarımadasında toz fırtınasının da fotoşəkillərini Yerə göndərib. Bundan başqa, Sultan əl-Neyadi aprelin 28-də Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxacaq ilk ərəb astronavtı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]