BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib
Bakı, 15 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından yan keçməyi hədəfləyən “Qərb-Şərq boru kəməri” layihəsini sürətləndirir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2027-ci ildə tamamlanması nəzərdə tutulan layihənin həyata keçirilməsi daha erkən tarixə çəkilib.
Boru kəmərinin istifadəyə verilməsi ilə Fuceyra limanı vasitəsilə ixrac gücünü gündəlik 3 milyon barelə çatdırılması hədəflənir.
Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) yeni boru kəmərini əsas ixrac marşrutu kimi saxlayaraq davamlı logistika “elastikliyinə” nail olmağı nəzərdə tutur. ADNOC hazırda gündəlik tutumu 1,5 milyon barel olan Həbshan-Fuceyra boru kəmərini istifadə edir.
Qeyd edək ki, mayın əvvəlindən etibarən OPEC və OPEC+ qrupundan ayrılan BƏƏ 2027-ci ilə qədər gündəlik 5 milyon barel neft istehsalı gücünə çatmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [15:48]
Prezident Ərdoğan: Ankara Daşkənd ilə əlaqələri dərinləşdirməyə hazırdır
- 15.05.2026 [15:27]
Konqoda 246 nəfərin ebola virusuna yoluxduğu ehtimal edilir
- 15.05.2026 [15:27]
AEBA: Zaporojye AES yeddi aydır tək bir elektrik xətti üzərində işləyir
- 15.05.2026 [15:02]