Bəhreyndə 6 nəfərdə COVID-19 virusu aşkarlanıb
Qahirə, 25 fevral, AZƏRTAC
Bəhreynin Səhiyyə Nazirliyi İrandan gələn 6 nəfərdə koronavirus (COVID-19) aşkar edildiyini bildirib.
AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, hazırda bu ölkədə koronavirus xəstələrinin sayı səkkizə çatıb. Qeyd olunub ki, aeroportda yoxlama zamanı koronavirus iki nəfər Bəhreyn vətəndaşında aşkar edilib. Qalan dörd nəfər isə Səudiyyə Ərəbistanın vətəndaşlarıdır. Onların Dubaydan tranzitlə İrandan səfərdən gəldikləri bildirilir.
Nazirlik qeyd edib ki, koronavirusa yoluxanlar aeroportdan dərhal karantin yerinə aparılıblar. Bəhreynin Mülki Aviasiya İdarəsi isə 48 saat müddətinə Dubaydan gələn təyyarələrin qəbul edilməsini dayandırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]