Belarus Milli Kitabxanası Heydər Əliyevin 100 illiyi ilə əlaqədar videoproyeksiya edilib VİDEO
Kiyev, 11 may, AZƏRTAC
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası mayın 10-u axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiyada “10 may Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyidir!” şüarı əksini tapıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev