BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA
Hörmətli Aleksandr Qriqoryeviç,
Sizi və Belarus xalqını dövlət bayramı - Müstəqillik günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün dost Belarus xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 iyun 2008-ci il.