BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ VƏ MÜDAFİƏ NAZİRİ YOLÜSTÜ BAKIDA OLMUŞLAR
Görüş zamanı Gi Verhofstadt və Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 17-19-da Belçika Krallığına işgüzar səfərini və səfər zamanı imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiyanı, sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında Sazişi, gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında ikitərəfli Sazişi yüksək dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, bu səfər və imzalanmış sənədlər Belçika ilə Azərbaycan arasında əlaqələrin daha intensiv inkişafına imkan verəcəkdir.
Belçika Krallığının Baş naziri Gi Verhofstadt bu ilin payızında Belçikanın yüksək rütbəli şəxslərinin Azərbaycana nəzərdə tutulmuş səfərinin genişlənməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]