Belçikalı müşahidəçi: Səsvermə ədalətli keçib, seçicilərə heç bir təzyiq olmayıb
Bakı, 12 aprel, AZƏRTAC
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (Belçika) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, missiyanın üzvü Klod Monike səsvermə zamanı qayda pozuntusunun olmadığını, seçkilərin ədalətli, şəffaf keçdiyini və seçicilərə heç bir təzyiq faktının qeydə alınmadığını söyləyib. O qeyd edib ki, seçkilər dinc şəraitdə keçdi. Proses beynəlxalq standartlara uyğun idi. Seçki məntəqələrində səslərin sayılması prosesi də açıq və şəffaf olub. Quraşdırılan veb-kameralar seçki prosesinin şəffaflığını artırırdı.
Missiyanın digər üzvü Simon Peterman isə gənclərin seçki prosesində fəal iştirakını xüsusi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]