Belçikalı veteran futbolçu Azərbaycanla bağlı yanlışlığa görə ölkəsinin federasiyasını tənqid edib
Bakı, 20 noyabr, AZƏRTAC
Belçikalı veteran futbolçu Aleksandr Teklak “Avro-2024”ün seçmə mərhələ oyununda Azərbaycanın Dövlət Himninin səhv səsləndirilməsini tənqid edib.
AZƏRTAC xəbər verir ki, hazırda fəaliyyətini yerli KİV-lərdən birində analitik kimi davam etdirən 48 yaşlı veteran müdafiəçi öz köşə yazısında Belçika Futbol Federasiyasının qeyri-peşəkarlığa yol verdiyini bildirib.
“Dövlət himnini necə qarışdıra bilərsiniz? Bu, utancvericidir. Lukaku məsələyə çox yaxşı reaksiya verdi və öz səviyyəsini göstərdi. Mən demirəm ki, belə şeylər heç vaxt baş vermir, amma ayıbdır. Həm də hörmətsizlikdir. İstisnasız olaraq, hər səviyyədə peşəkar olmalısınız”, - A.Teklak yazıb.
Qeyd edək ki, Belçika ilə oyundan öncə Azərbaycan Respublikasının Dövlət Himninin əvəzinə İsveçin himni səsləndirilib. AFFA rəsmiləri və futbolçuların müdaxiləsindən sonra yanlışlıq aradan qaldırılıb. Bu səbəbdən qarşılaşma nəzərdə tutulan vaxtdan 2-3 dəqiqə gec start götürüb.
Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]