BELÇİKANI TƏTİL DALĞASI BÜRÜMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 28-də Belçikanı tətil dalğası bürümüşdür. Ölkənin üç ən güclü həmkarlar təşkilatının çağırışı ilə 70 mindən artıq adam hökumətin yeni pensiya sisteminə etiraz əlaməti olaraq Brüsseldə nümayişə çıxmışdır. Belçika bölgələrinin əhalisi də nümayişçilərə qoşulmaq üçün paytaxta axışmağa başlamışdır.
Nümayiş nəqliyyat vasitələrinin hərəkətini iflic vəziyyətinə salmışdır. Metro bütün günü işləməmiş, Liec və Şarlerua hava limanları bütün uçuşları dayandırmağa məcbur olmuşlar.
Qeyd etmək lazımdır ki, son 12 ildə Belçikada belə güclü nümayiş qeydə alınmamışdır.
Hökumətin yeni pensiya sistemi işçilərin 58-60 yaşlarında təqaüdə göndərilmələrini nəzərdə tutur.