BEN LADENİN QARDAŞI QIZI TELEVİZİYA “REALİTİ-ŞOU”SUNDA İŞTİRAK EDƏCƏKDİR
Düfur demişdir: “Anlayıram ki, mənim soyadımı eşidəndə adamlarda qohumluğum barədə müvafiq fikirlər yaranır. Lakin mən ABŞ-da doğulmuşam və öz ölkəmi sevirəm”.
O, soyadını deməkdən çəkinir və özünü hamıya Vəfa Düfur kimi təqdim edir. Ötən il o, kişi jurnalı üçün çılpaq şəkil çəkdirəndən sonra Nyu-Yorkda özünü musiqiçi qismində sınamışdır. Şounun təşkilatçısı olan şirkətin prezidenti Cudit Reqan demişdir: “Onun əhvalatı yaşadığı mədəniyyətlər arasında insanların hiss etdikləri boşluğu dolduracaqdır”.
Düfurun anası Karmen ben Laden 2004-ci ildə “Krallığın daxilində: Səudiyyə Ərəbistanında mənim həyatım” bestsellerini yazmışdır. Bestseller onun Üsəma ben Ladenin ortancıl qardaşı Yeslama ilə birgə həyatından bəhs edir. Yeslama tikinti sahəsində ailə biznesi sayəsində çoxlu var-dövlət qazanmış və öz müəssisəsini açmışdır.
Kolumbiya Universitetində hüquq təhsili almış Düfur 2001-ci il sentyabrın 11-də, terror aktı günündə anası ilə Cenevrədə olmuşdur. O bildirir ki, ömründə canlı Üsəma ben Ladeni görməmişdir.