“BƏRDƏ ABİDƏLƏRİ”
Filmdə Tərtər çayının sahilində, Qarabağ düzünün mərkəzi hissəsində yerləşən, ölkəmizin qədim şəhərlərindən, mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olmuş Bərdədəki Axsadanbaba türbəsindən, Bərdə türbəsindən, Güloğlular kəndində 18-ci əsrə aid səkkizguşəli türbədən və sair tarixi memarlıq abidələrindən söhbət açılacaqdır. Yaradıcı qrup hazırda Bərdədə çəkilişlər aparır. Eyni zamanda sənədli filmdə rayon ərazisində tapılmış, Bərdənin iqtisadi, siyasi tarixini öyrənmək üçün mühüm əhəmiyyətə malik və bir hissəsi Azərbaycan Dövlət Tarix Muzeyində saxlanılan, müxtəlif dövrlərə aid gümüş və mis sikkə dəfinələri də öz əksini tapacaqdır.
“Bərdə abidələri” sənədli filmi may ayında dövlət televiziyası ilə ilk dəfə göstəriləcəkdir.
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni sənədli ekran əsərinin ssenari müəllifi Ərşad Əhmədli, quruluşçu rejissoru Vaqif Behbudovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]