Bərdə rayonunda həmkəndlisini qayçı ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 28-i saat 01 radələrində Bərdə rayonunun İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və onun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Bərdə Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir dəfə xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən xəstəxanada öldüyü müəyyən olunub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]