Bərdədə onlayn intellektual bilik yarışının qalibləri mükafatlandırılıb
Bərdə, 26 iyun, AZƏRTAC
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Nə? Harada? Nə zaman?" onlayn intellektual turnirin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Whatsapp üzərindən keçirilən yarışda altı komandanın heyətində 30 gənc mübarizə aparıb.
Turnirin qalibləri rayon gənclər və idman idarəsinin diplom və xatirə hədiyyələri ilə təltif edilib.