BƏRDƏDƏ SAHİBKARLIQ İNKİŞAF ETDİRİLİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Bərdə rayon nümayəndəliyinin başçısı Elgiz Salahov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təşkilat 300-dən çox sahibkarı ətrafında birləşdirir. 30 mindən artıq fiziki şəxs, o cümlədən 25 mindən çox fərdi ailə təsərrüfatı, 1000 nəfər hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Nümayəndəliyimiz sahibkarlıq fəaliyyətinə başlayanlara hüquqi və iqtisadi yardım göstərir, biznes planının hazırlanmasında onlara yardımçı olur. Rayonumuzda sahibkarlıq sahəsində dünya ölkələrinin təcrübəsi öyrənilir və tətbiq edilir, bu sahənin inkişafı üçün lazımi tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]