Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır FOTO VİDEO

Bərdə, 10 mart, AZƏRTAC

Bərdəli rəssam Bayram Bayramov təsviri sənət sahəsində yaratdığı əsərlərlə yanaşı, Qarabağa həsr etdiyi yaradıcı layihələri ilə də diqqət çəkir. Yaradıcılığında əsasən hərbi mövzulara və təbiət mənzərələrinə üstünlük verən rəssam hazırda Qarabağın miniatür dəmir yolu maketi üzərində işləyir. Bu layihə həm bölgənin təbiətini, tarixi abidələrini, həm də müharibənin izlərini və regionun gələcək inkişafını əks etdirən böyük bir kompozisiya kimi nəzərdə tutulub.

Bayram Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, onun rəssamlığa marağının formalaşmasında ailəsinin mühüm rolu olub. Valideynləri onun bu sənətlə məşğul olmasını istəyib və ailədə yaradıcı insanlara həmişə xüsusi diqqət göstərilib. “Beş yaşından etibarən təsviri incəsənətlə məşğul olmuşam. Məktəbdə oxuduğum illərdə də bu sahəyə böyük maraq göstərirdim. Məktəbimizin direktoru mənim rəsmlərimə xüsusi diqqət ayırırdı. O dövrdə televiziyada yayımlanan “Uşaqlar, rənglər və rəsmlər” adlı verilişə mənim əl işlərimi göndərirdi. Televiziyada rəsmlərimin nümayiş olunması mənim həvəsimi daha da artırırdı”, – deyə rəssam xatırlayıb.

Onun sözlərinə görə, məhz həmin həvəs onu Bakıda ali rəssamlıq məktəbinə aparıb. Bu təhsil ocağını bitirdikdən sonra Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub. Rəssamlıq Akademiyasında o, Azərbaycanın görkəmli sənətkarlarından dərs almaq imkanı qazanıb. Bayram Bayramov Xalq rəssamı Böyükağa Mirzəzadənin tələbəsi olub. Diplom işinin müdafiəsini isə tanınmış rəssam Tahir Salahov qəbul edib. “Hərbi mövzulara daha çox yer verdiyim üçün Tahir müəllim mənə deyirdi ki, səni batalist rəssam kimi görmək istəyirəm”, – deyə o əlavə edib.

Bayram Bayramov indiyədək 300-dək rəsm əsəri yaradıb. Bu əsərlərin böyük hissəsi satılıb, bir qismi isə rəssamın şəxsi kolleksiyasında saxlanılır. O, sərgilər zamanı həmin əsərləri tamaşaçılara təqdim edir.

Hərbi vətənpərvərlik motivləri və Qarabağ təbiətinin vəsfi Bayram Bayramovun yaradıcılığında üstünlük təşkil edir. Onun əsərlərində milli qəhrəmanların obrazları, döyüş səhnələri və vətənpərvərlik motivləri geniş yer tutur. Rəssamın yaradıcılığında xüsusi yeri olan əsərlərdən biri 2011-ci ildə çəkdiyi “Biz qayıtdıq” adlı tablodur. “2011-ci ildə “Biz qayıtdıq” əsərini işlədim. Əsərdə Azərbaycan Ordusunun Xankəndiyə daxil olması təsvir edilib. Sanki o günü görmüş kimi idim. Bu əsər mənim yaradıcılığımda xüsusi yer tutur”, – deyə o bildirib.

Bayram Bayramov “Azərbaycanın hərb tarixi təsviri incəsənətin gözü ilə” adlı layihə də planlaşdırdığını bildirib. Monumental işlərdən ibarət bu layihədə həm Azərbaycanın hərb tarixi, həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər öz əksini tapacaq. Hərbi mövzularla yanaşı, rəssamın əsərlərində Qarabağın təbiəti və mənzərələri də geniş alır. Onun tablolarında Tərtərçay, Xaçınçay, Qarabağın qış mənzərələri kimi mövzular əksini tapır.

Rəssam daha çox kətan üzərində yağlı boya texnikasından istifadə edir. Hazırda isə Bayram Bayramov Qarabağın miniatür dəmir yolu maketinin hazırlanması ilə məşğuldur. Rəssamın sözlərinə görə, bu layihənin ideyası 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra yaranıb. “Müharibədən sonra qəlbimdə çoxlu arzular yarandı. Yaradıcı insan kimi bu işə öz töhfəmi vermək istədim. Bu düşüncə ilə Qarabağın miniatür maketini hazırlamağa başladım”, – deyə o bildirib. Rəssam qeyd edib ki, maketdə Qarabağın müxtəlif şəhər və kəndləri, eyni zamanda, bölgənin tarixi abidələri və təbiət mənzərələri əks olunacaq. Burada Bərdə türbəsi, Ağdamda yerləşən Şahbulaq qalası, Xocalıda Əsgəran qalası, Ağdərədəki Gəncəsar məbədi və Cəbrayıldakı Xudafərin körpüsü kimi tarixi məkanların fraqmentləri də yer alacaq.

İki il əvvəl başlanan layihədə şəhərcik, elektrik xətləri, dəmir yolu və avtomobil yolları, tunellər, eləcə də sürət, yük və sərnişin qatarları təsvir edilib. Maketdə müharibənin izlərini əks etdirən dağıntı elementləri və retro avtomobillər də yer alıb. Maketdə bir dəmir yolu stansiyası artıq hazırdır və gələcəkdə Ağdam, Xocalı və Xankəndi stansiyalarının da yaradılması planlaşdırılır. Rəssam bu layihənin hazırlanmasında müxtəlif materiallardan istifadə edir. Onun sözlərinə görə, maketin hazırlanmasında əsasən tullantı materiallardan – ip, süngər, karton və plastik kimi vasitələrdən istifadə olunur.

Bayram Bayramov yaradıcılığı ilə yanaşı, gənc nəslin incəsənətə marağının artırılması istiqamətində də çalışır. O, Bərdə Rayon Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərir və burada gənclərə rəssamlıq sənətinin sirlərini öyrədir.

Müxbir – Tahir Ağaməmmədov

Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır  FOTO  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb