BERLİN FESTİVALINDA BOSNİYA MÜSƏLMANLARININ FACİƏSİNƏ HƏSR OLUNMUŞ FİLM GÖSTƏRİLMİŞDİR
O, həbs düşərgələrində zorlanmağa məruz qalmış qadınların və nəticədə dünyaya gəlmiş minlərlə uşağın taleyindən danışmışdır. Onların əksəriyyətindən anaları imtina etmiş, bəzilərinin isə bəxti gətirmişdir. Bu uşaqları himayəyə götürən ailələr tapılmışdır, qalanları isə hələ də baxımsızdırlar.
Bosniya filmi zorlanmış və sonra dünyaya qız övladı gətirmiş belə qadınlardan biri haqqındadır. Ana dedi-qodudan qaçmaq üçün qızına atasının müharibədə həlak olduğunu deyir. Lakin müharibədə həlak olanların övladlarına məktəb səfərləri zamanı güzəştlər olunduğunu eşidən qız anasından atasının ölüm kağızını tələb edərkən həqiqət üzə çıxır. Zbaniç deyir: “Lakin dullardan fərqli olaraq, zorlanmış qadınlara güzəşt edilmir”.
Rəsmi məlumatlara görə, belə qadınların sayı təxminən 20 min nəfərdir. Lakin onların bir çoxu, xüsusilə müsəlman qadınlar, məzəmmət olunacağından qorxaraq, cinayət faktını gizlədir. Bu da 50 minədək qadının zorlanmağa məruz qaldığını güman etməyə əsas verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]