Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilmişdir
Samirə Patzer–İsmayılova konqresin prezidenti seçilmişdir

Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərinin “Konkord” otelinin tədbirlər salonunda Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Sonra dünyada Azərbaycan diaspor quruculuğundan bəhs edən “Gücümüz birliyimizdədir!” sənədli filmi nümayiş olunmuşdur.

Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Milli Məclisin və digər ölkələrin parlamentlərinin deputatlarının, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirak etdikləri qurultayın rəyasət heyəti seçildikdən sonra AAK-ın prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış etmişdir. O, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. B.Kömür demişdir ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatından nümayəndə heyətləri iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin AAK-ın fəaliyyətinə daim dəstək verdiyini söyləyən B.Kömür qurumun yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulamışdır.

Üçüncü Qurultaydan ötən müddət ərzində Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyət və dərnəklərinin fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş verdiyini söyləyən AAK prezidenti qeyd etmişdir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. 20 Yanvar faciəsi, Xocalı qırğını, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Avropanın onlarla ölkəsində müxtəlif tədbirlərin, o cümlədən etiraz aksiyalarının, konfrans və “dəyirmi masa”ların, sərgilərin keçirilməsi yolu ilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışan B.Kömür Avropanın müxtəlif ölkələrində onlarla ədəbi-bədii, musiqili tədbirlərin keçirildiyini demişdir. O, Almaniyanın Düssеldоrf şəhərində keçirilmiş “Evrovision - 2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin tarixi qələbə qazanmasında xaricdə, xüsusən Avropa ölkələrində yaşayan sоydaşlarımızın da fəallığının mühüm rоl оynadığını vurğulamışdır.

B.Kömür Avropa ölkələrində yaşayan azərbaycanlı gənclərin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmasının, ölkəmizin maraqlarının qоrunmasında onların fəal iştirakının dövlət siyasətinin priоritеt istiqamətlərindən olduğunu qeyd etmişdir.

“AAK-ın yarandığı gündən bəri bir vacib məsələ var və həll olunana qədər biz onu gündəliyimizdən çıxarmayacayıq. Bu, işğal olunmuş torpaqların azad edilməsi məsələsidir. Bu məsələnin həll üçün çalışmaq hər birimizin Vətən qarşısında müqəddəs borcudur”, - deyə B.Kömür məruzəsini başa çatdıraraq, yeni seçiləcək heyətə uğurlar arzulamışdır.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir.

Professor Əli Həsənov Azərbaycan dövlətinin AAK-ın işini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri onun 4 qurultayının keçirildiyini, bu illər ərzində qurumun üç prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayaraq diaspor quruculuğu işinə Azərbaycançılıq ideologiyasını əsas amal elan edərək başladığını diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri hazırda o illərlə müqayisədə hədəflərimizin daha da genişləndiyini bildirmişdir.

Bu mühüm işdə diaspor təşkilatlarımıza, o cümlədən AAK-a nailiyyətlər arzulayan Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulamışdır. O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri antiazərbaycan fəaliyyətinə sövq etdiyini demişdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçildiyini və bu quruma sədrlik edəcəyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanların antiazərbaycan fəaliyyətini neytrallaşdırmaqda, ölkəmiz barədə həqiqətlərin dünya, həmçinin Avropa ictimaiyyətinə olduğu kimi çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın səkkiz illik mövcudluğu dövründə çox mühüm işlər gördüyünü bildirmişdir. Komitə sədri bu illərdə AAK-ın tam mənada diaspor təşkilatı kimi formalaşdığını demişdir.

Nazim İbrahimov Dövlət Komitəsinin AAK-a seçiləcək yeni rəhbər heyətə dəstəyini davam etdirəcəyini bildirmişdir.

Qurultayda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, TADEF-in sədri Bilal Dündar, Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri Haqqı Kəskin, Milli Məclisin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, AAK-ın birinci prezidenti Bahəddin Kaya çıxış edərək Avropa Azərbaycanlıları Konqresinin bundan sonrakı hədəflərindən danışmış, bu qurumun Azərbaycan naminə fəaliyyəti istiqamətində daha peşəkar və mütəşəkkil iş aparmasının vacibliyini vurğulamışlar.

Çıxışlarda Azərbaycanın diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin artmasının sevindirici fakt olduğu da xüsusi vurğulanmışdır.

Müzakirələrdən sonra təşkilati məsələlərə baxılmışdır. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdir.

Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın birinci vitse-prezidentləri və vitse-prezidentləri seçilmişlər. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar AAK-ın birinci vitse-prezidentləri, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, İsveçin Azərbaycan Federasiyasının sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev vitse-prezidentləri seçilmişlər.

Avropa Azərbaycanlıları Konqresinə yeni üzvlər qəbul olunmuşdur. Qurultayda “Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidentlərinin Məşvərət Şurası”nın yaradılması haqqında qərar qəbul olunmuşdur.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, IV qurultayın qətnaməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanat qəbul edilmiş, Dünya Azərbaycanlılarının III qurultayının yekunlarına dair kitabın təqdimatı keçirilmişdir.

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı 2014-cü ildə keçiriləcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib