Berlində tramvay və avtobus toqquşub, xəsarət alanlar var
Berlin, 30 sentyabr, AZƏRTAC
Berlinin mərkəzində sərnişin avtobusu ilə tramvay toqquşub.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 7 nəfər, o cümlədən avtobusun sürücüsü xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qəza ilə əlaqədar hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
İlkin məlumata əsasən, avtobus sürücüsü dönmə manevri zamanı Berlin Nəqliyyat İdarəsinə (BVG) məxsus tramvayı görməyib. Nəticədə toqquşma baş verib və tramvay relsdən çıxıb. Hadisə zamanı tramvaydakı sərnişinlərin əksəriyyəti şagirdlər olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]