“Beşiktaş” klubu “Borussiya Dortmund”un futbolçusunu heyətinə cəlb edib
Bakı, 31 yanvar, AZƏRTAC
İstanbulun “Beşiktaş” futbol klubu Almaniyanın “Borussiya Dortmund” komandasının yaponiyalı yarımmüdafiəçisi Şinci Kaqavanı icarəyə götürüb.
AZƏRTAC “TRTSPOR” televiziyasına istinadla xəbər verir ki, 29 yaşlı yaponiyalı yarımmüdafiəçi 1,1 milyon avro qarşılığında mövsümün sonunadək icarə əsasında “Beşiktaş”da forma geyinəcək. Müqaviləyə görə mövsümün sonunda yarımmüdafiəçi 1,6 milyon avro qarşılığında birdəfəlik transfer edilə bilər.
Karyerasına Yaponiyanın “Cerezo Osaka” klubunda başlayan yarımmüdafiəçi “Mançester Yunayted”in də heyətində çıxış edib. O, Yaponiya millisinin heyətində 95 oyunda 31 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]