BEST MODEL YARIŞMASI BAŞA ÇATMIŞDIR
Tədbir Türkiyədə bu günün ulduzu - “Best Model”in tarixinə həsr olunmuş filmin nümayişi ilə başlanmışdır. “Best Model of Azerbayjan”ın prezidenti Lyubov Qutorovanın başçılığı ilə keçirilən müsabiqədə 250 nəfər arasından seçilən 15 qız və 15 oğlan bir neçə nominasiya üzrə yarışmışlar. Münsiflər heyətinin rəyinə əsasən, qaliblər müəyyən edilmişdir. Qızlar arasında birinci yeri Anaxanım Xudayeva, ikinci yeri Nailə Əkbərova, üçüncü yeri isə Viktoriya Sterenkina tutmuşlar. Oğlanlar arasında birinci yerə Fuad Allahverdiyev, ikinci yerə İsmayıl Həsənov, üçüncü yerə Pərviz Babayev layiq görülmüşlər. Mərasimdə qız və oğlan modelləri təqdim olunmuş, onlar ayrılıqda və birlikdə rəqs şousu göstərmiş, əməkdar artist Faiq Ağayev, Röya, Samir Bağırov konsert proqramı ilə çıxış etmişlər. Mərasimin sonunda qaliblərə mükafatlar təqdim olunmuşdur. Müsabiqənin qalibləri A.Xudayeva və F.Allahverdiyev Türkiyədə keçiriləcək “Best Model of World” yarışmasında iştirak etmək hüququ qazanmışlar.