MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib


Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbir “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli konsert salonunda təşkil olunub.
Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı açaraq dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin hərtərəfli bilik səviyyəsi, geniş dünyagörüşü, siyasi baxışları ilə xalqımızın mədəniyyəti, maariflənməsi yolunda nailiyyətlərini qeyd edib. Musiqinin bütün janrlarına dərindən bələd olan və bütün bəstəkarların əsərlərini peşəkar bir musiqiçi kimi şərh etməsini xüsusi vurğulayıb. Bununla yanaşı S.Təhmirazqızı il ərzində Bəstəkarlar İttifaqında Ulu Öndərin yubileyi ilə əlaqədar keçirilən konsertlərin, elmi konfransın, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” kitabının təqdimatını da xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan bəstəkarlarının xor, mahnı və instrumental əsərləri ifa olunub.
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində Ulu Öndərə həsr edilən tədbirin sonunda bütün iştirakçılara ifaçılara, bəstəkarlara diplom və sertifikatlar təqdim olunub.