BEYLƏQANDA 2340-DAN ÇOX DAİMİ İŞ YERİ AÇILMIŞDIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son iki il ərzində burada 2341 daimi iş yeri açılmışdır. 2005-ci ildə 850 daimi, 1364 müvəqqəti iş yeri yaradılmış, 13.500 nəfər mövsümi işlərə cəlb edilmişdir. Dünyamalılar, Birinci Aşıqlı, İkinci Şahsevən, Kəbirli kəndlərində süd tədarükü və emalı sexləri, Birinci Şahsevən kəndində şəkər sexi, Qəhrəmanlı qəsəbəsində toxumtəmizləmə məntəqəsi, Örənqalada şərab və kərpic zavodları və digər müəssisələr fəaliyyətə başlamışdır. Keçən ilin altı ayı ərzində 65-dən çox xidmət, ticarət, ictimai iaşə obyektləri istifadəyə verilmişdir.