Beyləqanın Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib
Beyləqan, 24 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Xocavənd rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində də ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı 146 ailəlik qəsəbəyə gedən yolun kənarında təmizlik işləri aparılıb, 500 ədəd ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xocavənd rayonu üzrə daha 300 ağacın əkilməsi nəzərdə tutulur.